Professor N.A.Dubrovskiy 1 sentyabr 1921-ci iladak ilk rektor tayin olunmuşdur.
Dekretda Elmi Şuranın tarkibinin, adları yuxarıda cakilanlardan taşkil olunması da qeyd olunmuşdur.
İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ilda ilk rektor professor N.A.Dubrovskinin sadrliyi altında aparılmışdır. İclasda S.Vakilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dafa olaraq fakultalara: «Neft-madan» - dağ mühandisi B.Dombrovskiy, «Elektromexanika» - mühandis-elektrik A.Sizov, «Mühandis-inşaat» - mülki inşaat mühandisi A. Şuşerov, «İqtisadiyyat» - professor N.A.Dubrovskiy va «Kand tasarrüfatı» - aqronom N.Lebedov dekan seçilmişlar.
Faaliyyata başlanmasını bayan edan ilk zang 2 yanvar 1921-ci ilda saat 9.30-da vurulmuş və mühandis S.Vakilov institutun tarixinda ilk dafa olaraq ali riyaziyyatdan mühazira oxumuşdur.
1920/21-ci tadris ilinda institutun Elmi Şurasının 66 nafardan ibarat olan tarkibina aşağıdakı professorlar va müallimlar daxil olmuşlar:N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusskiy, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevskiy, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatıy, V.İ.Tixomirov, B.P.Albiskiy, N.L.Vannikov va başqaları.
1920/21-ci tadris ilində institutda 1135 talaba oxuyurdu.
1922-ci ilda “ Kənd təsərrüfatı”, “ İqtisadiyyat”, “ Texnoloji ( elektrotexnika, dağ-neft və nefttexnoloji şobalari)”, və “Mühandis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzra)” fakultalarin faaliyyati üzra institutun strukturu sahmanlaşdı.
Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçiril-məsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.
1922-ci ildə institutun maddi-texniki bazasının və professor–müəllim hey’ətinin gücləndirilməsinə «Azneft»(tə’mir və lazımı avadanlığın tə’mini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maa-rif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.
Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatıy, S.M.Romanov, B.P.Albiskiy, M.M.Əliyev və İ.Q.Yesman (1922-1928-ci illərdə rektor vəzifəsini icra etmişdir) də’vət olunmuşlar.
1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik institutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə İnstitutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində «Azneft»in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.
1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924/25-ci tədris ilində -13, 1925/26-ci ildə – 46, 1926/27-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.
1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan politexnik institutu adlandırılmışdır.
1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir.
Respublika Nazirlər Kabintinin 11/8-121 saylı 20 may 1991-ci il tarixli qərarına və Respublika Xalq Təhsili Nazirliyinin 442 saylı 17.06.91-ci il tarixli əmrinə əsa-sən Əli Bayramlı şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradıldı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən institutun adı dəyişdirilərək «M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Sənaye Universiteti» (AzSU) adlandı-rıl-dı.
24 avqust 1991-ci ildə AzSU-nun Mingəçevir şəhərində açılmış filiala «Yüngül və toxuculuq sənayesinin iqtisa-diyyatı və idarə olunması», «İnşaatın iqtisadiyyatı və idarə olunması», «Nəqliyyatın iqtisadiyyatı və idarə olunması», «Elektrik sistem və şəbəkələri», «Elektrik nəqliyyatı» ixtisasları üzrə 87 tələbə qəbul olundu. Hal-hazırda bu filial sərbəst Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərir.
1991-ci ildə keçmiş ittifaqın Ali və Orta Təhsil Nazirliyi ilə ABŞ IBM korporasiyasının təşkil etdiyi «Res-publika biznes məktəbi» yaradıldı və sonradan fakultəyə çevrildi. Bu fakultədə ilk dəfə olaraq Respublikada «Ya-nacaq-enerji kompleksi sahələrində biznes üzrə me-necment» ixtisası üzrə mütəxəssis hazırlığına başlandı.
Respublika Nazirlər Kabinetinin 21.03.92–ci il tarixli qərarı ilə AzSU-nun adı dəyişdirilərək «Azərbaycan Dövlət Neft Akademiyası» (ADNA) adlandırıldı.
Respublika Nazirlər Kabinetinin 10.08.95–ci il tarixli 174 saylı qərarına əsasən «İdarəetmə proseslərinin avtomatlaşdırılması» təsərrüfat hesablı elmi-tədqiqat in-stitutu yaradıldı.
Respublika Nazirlər Kabinetinin 07.11.96–ci il tarixli 573 saylı əmri ilə təsərrüfat hesablı «Respublika xalq təsərrüfatının rəhbər işçiləri və mütəxəssislərinin ixti-sasının artırılması və yenidən hazırlanması» institutu ADNA-nın tərkibinə daxil edildi. 1999-cu ildən ADNA-nın Elmi Şurasının qərarına əsasən institut «Sənaye müəssisə-ləri işçilərinin ixtisasının artırılması və yenidən ha-zırlanma» adlandırıldı.
1993-cü ildən başlayaraq çox pilləli təhsil sistemi ilə mütəxəssis hazırlığına başlanmışdır. İlk bakalavr bu-raxılışı və magistraturaya qə-bul 1997-ci ildə olmuşdur.
Hal-hazırda bakalavr və magistr pillələrində 24 isti-qamət üzrə mütəxəssis hazırlığı aparılır. Mütəxəssis ha-zırlığında 7 əsas fakultə, 63 kafedra, 18 elmi tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat və «Sənaye müəssisələri işçilərinin ixtisasının artırılması və.yenidən hazırlama»institutları fəaliyyət göstərir.
ADNA-da (1921-1922) illərdə N.D.Dubrovski, (1922-1928) - İ.Q.Yesman; (1928-1929) - M.V.Barinov, (1929-1932) - A.A.Nikişin, (1932-1933) -A.M.Çedalayev, (1933-1934) - S.P.,Kiselyov, (1934-1938) - İ.S.Axundzadə, (1939-1941) - M.M.Əli-yev. (1941-1960) - S.B.Qocayev, (1960-1969) və (1978-1989) - İ.Ə.İbrahimov, (1969-1978) - K.N.Quluzadə, (1989-1992) - T.M.Əliyev, (1993-1997) - P.Z.Məmmədov rektor olmuşlar. İyun 1997-ci ildən ADNA-nın rektoru S.F.Qarayevdir.
ADNA-da informasiya-hesablama, nəşr mərkəzi və kafedralarda onun çoxsaylı filialları fəaliyyət göstərir. Bu qurumun işi kompüter texnologiyalarının tədrisə, elmi-tədqiqat və nəşr işlərinə tətbiqi ilə əlaqədardır.
İnstitutda ildə 4 sayda “Elmi əsərlər’’ məcmuəsi, 1999-cu ildən e’tibarən ’’Azərbaycan ali texniki məktəblərinin xəbərləri’’ elmi-texniki jurnalı, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər nəşr olunur. Bu işlər institutun mətbəəsində görülür.
Əsaslı kitabxana 1920-ci ildə Bakı texniki məktəbinin kitabxanasının əsasında təşkil edilmişdir. Kitabxana yaradılarkən 6500 nüsxə çap məhsulundan ibarət fondu və əsasən akademik hey’ətdən ibarət olan 300 oxucusu var idi. Hazırda kitabxananın fondu 857000 çap məhsulundan ibarət olub 6600 oxucusu vardır.
1925-ci ildən e’tibarən kitabxananın fondu azərbaycan, rus dillərində ədəbiyyatla yanaşı xarici dildə ədəbiyyatla komplektləşdirilir.
Əsaslı kitabxana oxuculara differensial şəkildə olaraq 7 abonement və 2 oxu zalı vasitəsilə xidmət göstərir.
ADNA ümumi sahəsi 52420 kv.m olan 4 tədris laboratoriya korpusuna, 7 korpuslu tələbə yataqxanasına, bağlı üzmə hovuzu, əl oyunları üçün idman zalı və atıcı tiri özündə cəmləyən idman kompleksinə, yeməkxana, kitabxana, poliklinika, Nabranda istirahət zonasına malikdir.