475-5

Главная | Регистрация | Вход
Cume gununuz mubarak!, 26.04.2024, 07:04
Приветствую Вас Qonaq | RSS
Меню сайта
Разделы новостей
ADNA news [0]
computer [6]
OIL [0]
Qaynar xabar [0]
letifa [0]
Oyun linklari [2]
Auto [0]
Futbol [0]
all news [0]
Mobil [2]
Xabarlar bolmasi
ADNA news [0]
computer [6]
OIL [0]
Qaynar xabar [0]
letifa [0]
Oyun linklari [2]
Auto [0]
Futbol [0]
all news [0]
Mobil [2]
Наш опрос
4-cu kursu bitirdiyiniza gora taassuratiniz:
Butun cavablar: 77
Мини-чат
10 noyabr 1887-ci ilda Bakı şahar duması tarafindan Bakıda texniki maktabin yaradılması haqqında qarar çıxarılmışdır.
1896-cı ilda texniki maktab «Bakı aşağı saviyyali texniki maktaba» çevrilmişdir. 1896-1905-ci illar arzinda bu maktabin mexanika şöbasi üzra 50 nafar, inşaat şöbasi üzra isa 55 nafar buraxılışı olmuşdur. 1910-cu ilda mexanika şöbasina neft-texniki va elektromexanika istiqamatlar daxil idi. 1916-cı ilda maktabda 494 talaba tahsil alırdı ki, onlardan da 20 nafari azarbaycanlı idi.
1918-ci ilda maktab politexnikum adlandırılmışdır. Politexnikumda neft sanayesi, elektromexanika va inşaat–memarlıq şöbalari faaliyyat göstarmiş, talabalarin sayı 188 nafar olmuşdur. Qeyd etmak lazımdır ki, bu dövrda Azarbaycanda, aralarında 12 mühandis olan cami 62 nafar azarbaycanlının ali tahsili olmuşdur. 12 dekabr 1920-ci ilda Xalq Maarif Komijsarlığı tarafindan institutun açılması barada dekreti verilir. Dekretda Bakı Politexnik institunun yaradılması ila bağlı Bakı politexnikumun bağlanması va müallimlarin öz vazifalarindan azad edilmasi qeyd olunur, hazırlıq işlarinin başa çatması va institutda tadris ilinin 01 yanvar 1921-ci ilda başlanması göstarilirdi.
Dekreta asasan mühandis A.İ.Kozlovun sadrliyi ila institutda qabul komissiyasının yaradılması va aşağıdakı normaları rahbar tutaraq, qabulun 1 yanvar 1921-ci iladak başa çatdırılması nazarda tutulurdu. Namizadlardan ilk növbada - Bakı politexnikumunun talabalarinin, xüsüsi ali maktablarin talabalarinin, ikinci - türk dili bilanlarin, üçüncü – fahlalarin, dördüncü – AKBP MK va BK-dan göndarilan beşinci – qızıl ordu nümayandalarinin, altıncı – şura qulluqçularının, yeddinci – qalan vatandaşların instituta qabulu nazarda tutulmuşdur.
Dekreta uyğun professorlar N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, Petroqrad Universitetinin dosenti A.S.Şepotev və mühandis D.D.Qadaskin institutun professorları; aqronom N.A.Lebedev, mühandislar S.Vakilov, A.İ.Kozlov, A.N.Şuşerov va M.V.Abramoviç isa ixtisaslarına uyğun kafedra ştatlarına müallim kimi daxil edilmişlar.
Professor N.A.Dubrovskiy 1 sentyabr 1921-ci iladak ilk rektor tayin olunmuşdur.
Dekretda Elmi Şuranın tarkibinin, adları yuxarıda cakilanlardan taşkil olunması da qeyd olunmuşdur.
İnstitutun Elmi Şurasının birinci iclası 15 dekabr 1920-ci ilda ilk rektor professor N.A.Dubrovskinin sadrliyi altında aparılmışdır. İclasda S.Vakilov Elmi Şuranın katibi seçilmişdir. Az sonra, 18 dekabrda Elmi Şuranın ikinci iclası keçirilmiş və ilk dafa olaraq fakultalara: «Neft-madan» - dağ mühandisi B.Dombrovskiy, «Elektromexanika» - mühandis-elektrik A.Sizov, «Mühandis-inşaat» - mülki inşaat mühandisi A. Şuşerov, «İqtisadiyyat» - professor N.A.Dubrovskiy va «Kand tasarrüfatı» - aqronom N.Lebedov dekan seçilmişlar.
Faaliyyata başlanmasını bayan edan ilk zang 2 yanvar 1921-ci ilda saat 9.30-da vurulmuş və mühandis S.Vakilov institutun tarixinda ilk dafa olaraq ali riyaziyyatdan mühazira oxumuşdur.
1920/21-ci tadris ilinda institutun Elmi Şurasının 66 nafardan ibarat olan tarkibina aşağıdakı professorlar va müallimlar daxil olmuşlar:N.A.Dubrovskiy, P.K.juze, L.Q.Qurviç, A.S.Şepotev,D.D, Qadaskin, A.M.Şuşerov, L.S.Leybenzon, İ.V.Kurçatov, K.A.Krasusskiy, A.A.Axundov, Q.N.Qaziyev, İ.Q.Yesman, S.A.Kovalevskiy, P.İ.Kuznesov, T.Q.Kuliyev, P.P.Lukin, M.M.Skvorsov, S.N.Usatıy, V.İ.Tixomirov, B.P.Albiskiy, N.L.Vannikov va başqaları.
1920/21-ci tadris ilində institutda 1135 talaba oxuyurdu.
1922-ci ilda “ Kənd təsərrüfatı”, “ İqtisadiyyat”, “ Texnoloji ( elektrotexnika, dağ-neft və nefttexnoloji şobalari)”, və “Mühandis-inşaat (quru yol, hidrotexniki və mülki inşaat ixtisasları üzra)” fakultalarin faaliyyati üzra institutun strukturu sahmanlaşdı.
Bu dövrdə əsasən ümumi nəzəri hazırlığa geniş yer verilməklə ixtisas fənnlərinin tədrisinə və istehsalat təcrübələrinin keçirilməsinə lazımı nəzarət yetirilmirdi. Tədris planlarına çoxlu sayda fənnlər salınmaqla, fənnlərdən hesabatların verilməsində sərbəstliyə yol verilməklə bərabər, tələbələrin bir kursdan digərinə keçiril-məsində məqbul və imtahanların verilmə ardıcıllığı gözlənilmirdi. Praktiki və laboratoriya dərslərinə lazımı diqqət yetirilmir, tələbələrin müvəffəqiyyəti bal sistemi ilə qeydə alınırdı. Təhsil müddətinin nominal 5 il olmasına baxmayaraq, tədris planının həddən artıq yüklənməsi, az sayda tələbələrə belə 7 il ərzində institutu bitirməyə imkan verirdi.
1922-ci ildə institutun maddi-texniki bazasının və professor–müəllim hey’ətinin gücləndirilməsinə «Azneft»(tə’mir və lazımı avadanlığın tə’mini və 150 tələbəyə təqaüdün verilməsi), Xalq Komissarlar Şurası, Maa-rif, Torpaq, Yeyinti Ticarət Xalq Komissarlıqları tərəfindən lazımı köməklik göstərilirdi.
Bu illərdə institutda işləmək üçün professorlar: S.N.Usatıy, S.M.Romanov, B.P.Albiskiy, M.M.Əliyev və İ.Q.Yesman (1922-1928-ci illərdə rektor vəzifəsini icra etmişdir) də’vət olunmuşlar.
1923-cu ilin yayında Azərbaycan Hökümətinin təşəbbüsü nəticəsində keçmiş ittifaqın Mərkəzi İcraiyyə Komitəsinin 10 avqust 1923-cu il tarixli qərarı çıxırılmış, Bakı Politexnik institutunun ümumi ittifaq əhəmiyyəti qeyd olunmuş və ittifaqın Maarif Komissarlığına və Azərbaycan Hökumətinə İnstitutun maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi üçün göstəriş verilmişdir. Bunun nəticəsində «Azneft»in gəlirinin müəyyən faizinin institutun fonduna köçürülməsinə, Vladikavkaz Politexnikumun avadanlığının alınmasına nail olunmuşdur.
1923-cu ildə 3 nəfərdən ibarət birinci buraxılış, 1924/25-ci tədris ilində -13, 1925/26-ci ildə – 46, 1926/27-ci ildə isə 289 nəfər mühəndis buraxılışı olmuşdur.
1923-cü ildən institut M.Əzizbəyov adına Azərbaycan politexnik institutu adlandırılmışdır.
1929-cu ildə rektor vəzifəsini onun məzunu M.V. Barinov icra etmişdir.
Respublika Nazirlər Kabintinin 11/8-121 saylı 20 may 1991-ci il tarixli qərarına və Respublika Xalq Təhsili Nazirliyinin 442 saylı 17.06.91-ci il tarixli əmrinə əsa-sən Əli Bayramlı şəhərində qiyabi təhsil alan tələbələr üçün tədris-məsləhət məntəqəsi yaradıldı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.02.91-ci il tarixli qərarına əsasən institutun adı dəyişdirilərək «M.Əzizbəyov adına Qırmızı Əmək Bayrağı ordenli Sənaye Universiteti» (AzSU) adlandı-rıl-dı.
24 avqust 1991-ci ildə AzSU-nun Mingəçevir şəhərində açılmış filiala «Yüngül və toxuculuq sənayesinin iqtisa-diyyatı və idarə olunması», «İnşaatın iqtisadiyyatı və idarə olunması», «Nəqliyyatın iqtisadiyyatı və idarə olunması», «Elektrik sistem və şəbəkələri», «Elektrik nəqliyyatı» ixtisasları üzrə 87 tələbə qəbul olundu. Hal-hazırda bu filial sərbəst Mingəçevir Politexnik İnstitutu kimi fəaliyyət göstərir.
1991-ci ildə keçmiş ittifaqın Ali və Orta Təhsil Nazirliyi ilə ABŞ IBM korporasiyasının təşkil etdiyi «Res-publika biznes məktəbi» yaradıldı və sonradan fakultəyə çevrildi. Bu fakultədə ilk dəfə olaraq Respublikada «Ya-nacaq-enerji kompleksi sahələrində biznes üzrə me-necment» ixtisası üzrə mütəxəssis hazırlığına başlandı.
Respublika Nazirlər Kabinetinin 21.03.92–ci il tarixli qərarı ilə AzSU-nun adı dəyişdirilərək «Azərbaycan Dövlət Neft Akademiyası» (ADNA) adlandırıldı.
Respublika Nazirlər Kabinetinin 10.08.95–ci il tarixli 174 saylı qərarına əsasən «İdarəetmə proseslərinin avtomatlaşdırılması» təsərrüfat hesablı elmi-tədqiqat in-stitutu yaradıldı.
Respublika Nazirlər Kabinetinin 07.11.96–ci il tarixli 573 saylı əmri ilə təsərrüfat hesablı «Respublika xalq təsərrüfatının rəhbər işçiləri və mütəxəssislərinin ixti-sasının artırılması və yenidən hazırlanması» institutu ADNA-nın tərkibinə daxil edildi. 1999-cu ildən ADNA-nın Elmi Şurasının qərarına əsasən institut «Sənaye müəssisə-ləri işçilərinin ixtisasının artırılması və yenidən ha-zırlanma» adlandırıldı.
1993-cü ildən başlayaraq çox pilləli təhsil sistemi ilə mütəxəssis hazırlığına başlanmışdır. İlk bakalavr bu-raxılışı və magistraturaya qə-bul 1997-ci ildə olmuşdur.
Hal-hazırda bakalavr və magistr pillələrində 24 isti-qamət üzrə mütəxəssis hazırlığı aparılır. Mütəxəssis ha-zırlığında 7 əsas fakultə, 63 kafedra, 18 elmi tədqiqat laboratoriyası, 2 elmi-tədqiqat və «Sənaye müəssisələri işçilərinin ixtisasının artırılması və.yenidən hazırlama»institutları fəaliyyət göstərir.
ADNA-da (1921-1922) illərdə N.D.Dubrovski, (1922-1928) - İ.Q.Yesman; (1928-1929) - M.V.Barinov, (1929-1932) - A.A.Nikişin, (1932-1933) -A.M.Çedalayev, (1933-1934) - S.P.,Kiselyov, (1934-1938) - İ.S.Axundzadə, (1939-1941) - M.M.Əli-yev. (1941-1960) - S.B.Qocayev, (1960-1969) və (1978-1989) - İ.Ə.İbrahimov, (1969-1978) - K.N.Quluzadə, (1989-1992) - T.M.Əliyev, (1993-1997) - P.Z.Məmmədov rektor olmuşlar. İyun 1997-ci ildən ADNA-nın rektoru S.F.Qarayevdir.
ADNA-da informasiya-hesablama, nəşr mərkəzi və kafedralarda onun çoxsaylı filialları fəaliyyət göstərir. Bu qurumun işi kompüter texnologiyalarının tədrisə, elmi-tədqiqat və nəşr işlərinə tətbiqi ilə əlaqədardır.
İnstitutda ildə 4 sayda “Elmi əsərlər’’ məcmuəsi, 1999-cu ildən e’tibarən ’’Azərbaycan ali texniki məktəblərinin xəbərləri’’ elmi-texniki jurnalı, dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər nəşr olunur. Bu işlər institutun mətbəəsində görülür.
Əsaslı kitabxana 1920-ci ildə Bakı texniki məktəbinin kitabxanasının əsasında təşkil edilmişdir. Kitabxana yaradılarkən 6500 nüsxə çap məhsulundan ibarət fondu və əsasən akademik hey’ətdən ibarət olan 300 oxucusu var idi. Hazırda kitabxananın fondu 857000 çap məhsulundan ibarət olub 6600 oxucusu vardır.
1925-ci ildən e’tibarən kitabxananın fondu azərbaycan, rus dillərində ədəbiyyatla yanaşı xarici dildə ədəbiyyatla komplektləşdirilir.
Əsaslı kitabxana oxuculara differensial şəkildə olaraq 7 abonement və 2 oxu zalı vasitəsilə xidmət göstərir.
ADNA ümumi sahəsi 52420 kv.m olan 4 tədris laboratoriya korpusuna, 7 korpuslu tələbə yataqxanasına, bağlı üzmə hovuzu, əl oyunları üçün idman zalı və atıcı tiri özündə cəmləyən idman kompleksinə, yeməkxana, kitabxana, poliklinika, Nabranda istirahət zonasına malikdir.

FAKULTALAR







  • -iqtisad,beynalxalq iqtisadi alaqalar va menecment fakultasi

  • talabalarla ish uzra dekanliq


  • NEFT-MEXANIKA FAKULTASI

    • Fakültə ilk dövrlərdə «Neft sənayesi»nin tərkibində, 1930-cu ildən isə sərbəst «Neft mexanika»sı fakültəsi kimi fəaliyyət göstərir.
    • Fakültənin yaranması və inkişafında yaradıcılıq təşəb-büs-karlığı göstərmiş alim və pedaqoqlardan professorlar Yesman İ.Q., Bulax N.Y., Leybenzon L.S., Lukin P.P., Pokrovskiy K.V., Vannikov N.L., Trequbov A.M., Quxman İ.S., Volox S.M., Dunin Y.N., Mirzəcanzadə A.X., Şişenko R.İ., Yurkevskiy S.V., Bədəlov R.A., Əliverdizadə K.S., Mustafayev A.C., Əmənzadə Y.Ə., Şahmalıyev H.M. və b. göstərmək olar.
    • Fakültədə dekan vəzifəsini ardıcıl olaraq müxtəlif dövr-lər-də Semyanistıy İ.İ., Sevastyanov A.İ., Bədəlov R.A., Yaroşev-skiy F.M., Mirzəbəyov Ə.Q., Əliyev Z.H., Hüseynov F.Ş., Erivanlı N.M., Cərrahov A.R., Babayev S.H., Şərifov V.H. icra etmişlər.

    Hal-hazırda dos. Məmmədov Q.Ə. fakültənin dekanıdır.
    Yarandığı gündən indiyədək fakültədə 8000-dən artıq (o cümlədən 267 bakalavr və 21 magistr) mütəxəssis-mexanik hazırlanmışdır.

    Bakalavr hazırlığı aparılan istiqamətlər:



    • Texnoloji maşınlar və avadanlıqlar («Neft və qaz mə’dənlərinin maşın və avadanlıqları», «Neft e’malı və kimya istehsalatı müəssisələrinin maşın və avadanlıqları» ixtisasları);
    • Maşınqayırma və materialların e’malı («Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika», «Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı» ixtisasları);
    • Maşınların möhkəmliyi və dinamikası;
    • Tribotexnika;
    • Materialşünaslıq və yeni materiallar texnologiyası.

    Magistr hazırlığı aparılan istiqamətlər:


    • Texnoloji maşınlar və avadanlıqlar («Neft-qaz mə’dən maşın və avadanlıqları», «Neft e’malı və kimya istehsalatı müəssisələrinin maşın və avadanlıqları» ixtisaslaşmaları);
    • Maşınqayırma və materiallar e’malı («Hidravlik maşınlar, hidrointiqallar və hidropnevmoavtomatika», «Maşın və aparat hissələrinin bərpası və möhkəmliyinin artırılması texnologiyası və avadanlığı» ixtisaslaşmaları);
    • Maşınların möhkəmliyi və dinamikası.

    Hal-hazırda fakültədə bakalavr və magistr pillələrində uyğun olaraq 518 nəfər və 22 nəfər təhsil alır.

    Fakültənin strukturuna daxil olan kafedralar:



    • Nəzəri mexanika (müdir – prof. Qurbanov R.S.);
    • Metallar texnologiyası (müdir – prof. Mustafayev S.M.);
    • Maşın hissələri (müdir – prof. Kərimov Z.H.);
    • Maşınqayırma texnologiyası (müdir – prof. Babayev S.H.);
    • Neft-mə’dən mexanikası, maşın və mexanizmləri (müdir – prof. Canəhmədov Ə.X.);
    • Hidravlik maşınlar və hidrointiqallar (müdir – prof. Rəhimov A.M.);
    • Tətbiqi mexanika (müdir – prof. Həsənov R.Ə.);
    • Mühəndis qrafikası (müdir – prof. Həbibov İ.Ə.);
    • Kimya istehsalatının və tikinti materialları müəssisə-lərinin maşın və aparatları (müdir – dos. Rzabəyov İ.N.);
    • Politologiya (müdir – prof. Cəfərov İ.B.);


    • Fakültənin nəzdində «Dəniz və quru üçün neft avadan-lıq-la-rının e’tibarlığı və effektvliyi» problem laboratoriyası fəaliyyət göstərir;
    • Fakültədə neft-mə’dən avadanlığının dinamikası, möhkəm-li-yi, dözümlülüyü və e’tibarlılığı, avtomatlaşdırılması və optimal-laşdırılmasına dair elmi-tədqiqat işləri aparılır.
    • Fakültədə 1 nəfər AR EA-nın müxbir üzvü (prof. Qurba-nov R.S.), 16 nəfər elmlər doktoru, professor, 71 nəfər elmlər namizədi, dosent fəaliyyət göstərir.

    • Fakültə ABŞ, İngiltərə, Fransa, Rumıniya və MDB ölkələrinin elmi-tədqiqat və tədris müəssisələri ilə sıx əlaqə saxlayır


    • /adna.jis.az/
    Форма входа
    Календарь новостей
    «  aprel 2024  »
    b.ec.acc.acsb
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Поиск
    Друзья сайта
    Имам Махди аль-Мунтозор Д.А.Е.П. Islam-Kataloq media-islam بسم الله الرحمن الرحيم 
(САЙТ ШИИТОВ ИМАМА АЛИ(мир ему!). bizim-genclik.com Kurtlar Vadisi Pusu
    Статистика

    Online: 1
    Qonaqlar: 1
    Istifadecilar: 0

    Designed by Salamzade Elnar& Mammadov Ali © 2024 |